MTN əməliyyat keçirib-Suriyada döyüşlərdə olan Azərbaycan vətəndaşı tutuldu
29.09.2015 865 0.0 0

Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən şəxs həbs edilib.

Məlumata görə, Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Əhmədov Taleh Mahir oğlu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunub.
 
Aparılan araşdırmalar zamanı onun 2014-cü ildə Suriyaya getdiyi və 3 ay orada qaldığı məlum olub.
 
Onun barəsində Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinə əsasən cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar