MSK seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi barədə qərar verib
18.11.2015 673 0.0 0

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi məsələsi müzakirəyə çıxarılıb.
 
Məlumata görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
 
90 saylı Ağdaş Seçki Dairəsi üzrə 17 seçki məntəqəsi, o cümlədən 12 saylı Qaradağ-Biinəqədi-Yasamal, 15 saylı Yasamal Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 53 saylı Quba-Qusar Seçki Dairəsi, 82 saylı Ağcabədi Seçki Dairəsi, 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi, 85 saylı Şamaxı Seçki Dairəsi, 121 saylı Laçın Seçki Dairəsi üzrə bəzi seçki məntəqələrində nəticələri müəyyən etmək mümkün olmadığı üçün bu seçki məntəqələri üzrə nəticələr ləğv olunub. 90 saylı Ağdaş Seçki Dairəsi istisna olmaqla, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi dairələr üzrə ümumi nəticəyə təsir etməyib.
 
Bunlar nəzərə alınaraq, MSK-nın  seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi barədə qərar verilib./apa/  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar