Moskvadakı Türkiyə səfirliyi Ərdoğanla Putinin görüşəcəyi haqda açıqlama verib
31.07.2015 502 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin görüşü bu ilin noyabr ayında Kazanda keçirilə bilər.
 
Məlumata görə, bunu Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım “RİA Novosti”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya-Türkiyə prezidentləri arasında ikitərəfli görüş noyabr ayının sonunda Kazanda keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası çərçivəsində baş tuta bilər. 

 
Səfir deyib ki, dövlət başçıları arasında görüşdə müzakirə olunacaq mövzulardan biri “Türk axını” layihəsi olacaq: “Əlbəttə ki, bu məsələ müzakirə olunacaq məsələlər arasında olacaq”.

 
Türkiyəli diplomat Ərdoğanla Putinin daha tez görüşə biləcəklərinin mümkünlüyünü qeyd edib: “Biz bunu istisna etmirik. Ola bilsin ki, belə görüş hansısa beynəlxalq sammit çərçivəsində olsun. Qeyd etmək istəyirəm ki, “Böyük 20-lər”in sammiti Türkiyənin Antalya şəhərində keçiriləcək. Orada iki liderin görüşü mümkündür. Bundan başqa, Asiya Sakit Okean Ölkələrinin Forumu (ASEAN) var. Orada da Erdoğan və Putin görüşə bilərlər. Lakin hazırda liderlərin görüşü barədə hansısa planlaşdırılmış iş aparılmır”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar