HEYVANLAR ARASINDA ÖLÜM VİRUSU GENİŞLƏNDİ
30.10.2014 1413 0.0 0

Cənub bölgəsində heyvanlar arasında xəstəlik yayılıb

Azərbaycanın bir çox rayonlarında yayılan “Modulyar dermatit” virusu cənub bölgəsində tüğyan edir. 

 Məlumata görə, Cəlilabaddan sonra virus Masallı və Lənkəran rayonlarını da bürüyüb. Lənkəran kəndlərində bu virusa 120 baş iribuynuzlu mal-qara yoluxub. 

Lənkəran rayon zona baytarlıq İdarəsinin icraçı direktoru İftixar Teymurovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, xəstəlikdən tələf olan heyvan qeydə alınmayıb. Onun sözlərinə görə, müalicə davam etdirilir.

Qeyd edək ki, Lənkəranın Cır kəndində 2 baş heyvan qızdırma xəstəliyindən tələf olub.//ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar