Moskvada keçiriləcək təhlükəsizlik konfransına 78 ölkənin nümayəndəsi qatılacaq
05.04.2017 750 0.0 0

78 ölkənin nümayəndəsi Moskva Təhlükəsizlik Konfransında iştirak etmək barədə razılıq verib. Onlar arasında 20-dən çox müdafiə naziri də var.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə Rusiyanın müdafiə nazirinin müavini, general-leytenant Aleksandr Fomin brifinqdə bildirib.

Konfrans aprelin 26-27-də keçiriləcək. Orada geniş spektrli məsələlər, o cümlədən terrorla mübarizə məsələsi müzakirə olunacaq.

Onun sözlərinə görə, konfransda beynəlxalq təşkilatların rəhbərlərinin çıxışı planlaşdırılır. Artıq ATƏT və ŞƏT-in baş katibi, MDB-nin icraçı katibi, BMT və Ərəb Dövlətləri Liqasının baş katiblərinin müavinləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidenti iştiraklarını təsdiq ediblər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar