Moskvada bomba həyacanı- üç vağzaldan 3 min nəfər təxliyə edildi
26.12.2016 937 0.0 0

Moskvanın mərkəzində Kazanski, Yaroslavski və Leninqradski vağzallarında partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı anonim zəng qəbulundan sonra təqribən 3 min sərnişin və vağzal əməkdaşı təxliyə edilib.

Məlumata görə, bu barədə paytaxtın təcili yardım xidmətlərindəki mənbəyinə istinadən RİA "Novosti" məlumat verib.

Mənbə Kazanski və Leninqradski vağzallarının hər birindən təxminən min, Yaroslavski vağzalından isə 750 nəfərin təxliyə olunduğunu bildirib. Onun sözlərinə görə, hadisə yerinə kinoloqların gələcəyi gözlənilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar