Moskva oğurladığı sənədləri `WikiLeaks`ə ötürüb - İTTİHAM
06.01.2017 790 0.0 0

Rusiyadan olan vasitəçilər ABŞ Demokratlar Partiyasının Milli Komitəsindən oğurlanmış məktubları “Wikileaks” saytına verib.

Bildirək ki, bu haqda Milli Kəşfiyyat direktoru Ceyms Klepperin ABŞ prezidenti Barak Obamaya təqdim etdiyi məruzədə deyilir.

Daha əvvəl Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirdi ki, Barak Obama Rusiya hakerlərinin seçki prosesinə müdaxiləsi haqqında 50 səhifəlik məruzə alıb. Sənədin qeyri-məxfi versiyasının növbəti həftənin əvvəlində elan ediləcəyi gözlənilir.

“WikiLeaks” saytının banisi Culian Assanc yanvarın 3-də bildirib ki, sayt Rusiya və ya hər hansı başqa ölkə ilə əməkdaşlıq etmir. Onun sözlərinə görə, Barak Obama administrasiyası Moskvanı Amerika seçkilərinə müdaxilədə ittiham edərək qanunauyğun şəkildə prezident seçilmiş Donald Trampı qələbədən məhrum etmək istəyir./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar