Mobil abunəçilərə şad xəbər
21.04.2015 857 0.0 0

Mobil operatorlar vahid tarifə keçir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ANS TV-yə verilən məlumata görə, ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin şərtləri üzrə müzakirələr aparılıb. 

Bu məqsədlə təkliflər hazırlanıb və yaxın günlərdə qərar qəbul olunacaq. 

Qərar ümumilikdə tariflərə də təsir göstərəcək. 

Mobil rabitə operatorları vahid arabağlantı tariflərinə keçəcək. Bununla bağlı mobil rabitə operatorları ilə ümumi razılaşma əldə olunub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar