QORBAÇOV QƏRBİ HƏDƏLƏDİ
20.12.2014 808 0.0 0

"ABŞ-ın soyuq müharibədən sonra özünü qalib kimi aparmağa başladı. Buna baxmayaraq SSRİ kimi Rusiyanı yenə düşmən kimi görürlər. Ancaq bu belə deyil".

Məlumata görə, bu sözləri Mixail Qorbaçov "Russia Today" telekanalına verdiyi müsabəsində bildirib.

SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov qeyd edib ki, "soyuq müharibə"nin başa çatdırılması ABŞ-ın deyil, bütün xalqların qələbəsi hesab olunmalıdır: "Biz lazımsız gərginliyi azaltmaq üçün bu addımı atdıq. Çünki "soyuq müharibə"dən heç kim qazanclı çıxa bilməzdi. Dünyada tərk-silah başladı. Ağır silahların yarısı ləğv edildi. Dünya yaxşılığa doğru dəyişməyə başladı. Lakin SSRİ-dən sonra ABŞ dünya ağalığına iddia etdi. Soyuq müharibə dövrünü yenidən qaytarmış oldu. Təkqütblü dünya yaratmaq cəfəngiyyatını özündən uydurdular. Bu vəziyyət isə getdikcə amerikalıların ziyanına dəyişməyə başladı. Senat və Konqressdə bunu başa düşən insanlar var. Bilirlər ki, müasir dünyada dünya ağalığı üçün çalışmağın mənası yoxdur və böyük ölkələr arasında münasibətlərin gərginləşməsi dünya üçün yaxşı prespektiv vəd etmir". 

İndi bəzi dairələr Rusiyanı düşmən kimi təqdim edirlər. Rusiya düşməndirsə, onda onlar kimdir? Yəqin ən pis düşməndilər..."

Daha sonra Qorbaçov Qərbdə Rusiyaya qarşı qorxulu fikrin yaranmasında medianı günahlandırıb və nüvə müharibəsi təhlükəsini real saymayıb. Bununla yanaşı Qorbaçov Rusiyaya qarşı Qərbin göstərdiyi münasibətin dünya üçün təhlükələrə gətirib çıxaracağına işarə vurub: 

"Nüvə təhlükəsi ilə bağlı deyilənlərlə razı deyiləm. İndi nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək istiqamətində yeni şeylər öyrənmək lazımdır".

Amerika və bizdə nüvə silahından əlavə çox güclü raketlər var. Amerikalıların "Şeytan" adlandırdığı raketlərimiz "Çernobıl" faciəsinindən 100 dəfə çox dağıntı və tələfat verə bilər. Halbuki bundan da güclü raketlər hər iki tərəfin hərbi arsenalına daxildir. Bunu anlamaq və narahat olmaq lazımdır. Bu silahların ektremistlərin və terrorçuların əlinə keçməməsi üçün tərbirlər görülməlidir".//
ANS PRESS

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar