Misir təyyarəsini qaçıran şəxs təslim olub - YENİLƏNİB
29.03.2016 437 0.0 0

 

Misir təyyarəsini qaçıran şəxs təslim olub.
 
APA-nın məlumatına görə, Misir vətəndaşı olan Səif əl-Din Mustafanın danışıqlardan sonra  Kipr hüquq-mühafizə orqanlarına təslim olduğu bildirilir.
 
***
 
saat 15.02
 
 Misirə məxsus sərnişin təyyarəsini qaçıran şəxsin kimliyi məlum olub.
 
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bu, Səif əl-Din Mustafadır.
 
S. Mustafa da alimdir. O, Qahirə Universitetinin tarix professorudur.
 
Bildirilir ki, S. Mustafan Misirdə həbsdə olan bir neçə qadın məhbusun azad edilməsini tələb edib. Kiprin RİK telekanalının verdiyi məlumata görə, təyyarəni qaçıran şəxs Misir hökumətinə müxalifətdədir.
 
Qeyd edək ki, artıq Misir hökuməti İbrahim Samahadan rəsmən üzr istəyib. İ. Samaha təyyarəni qaçıran şəxs kimi təqdim olunsa da, sonradan bu versiyanın yanlış olduğu üzə çıxıb.
 
Yayılan xəbərlər sırasında Kipr xüsusi təyinatlıların təyyarənin azad edilməsi ilə bağlı əməliyyata hazırlaşması da var. 

                                                                                  *****

Qaçırılan Misir təyyarəsinin bütün sərnişinləri azad olunub. Ekipaj üzvlərindən  də bir nəfər artıq təyyarəni tərk edib.
APA-nın məlumatına görə, təyyarəni qaçıran şəxsin ABŞ vətəndaşı olduğu açıqlanıb.
 
İ. Samaha İsgəndəriyyə universitetinin veterinariya fakültəsinin professorudur. Onun veterinar-həkim diplomu var.
 
O da məlum olub ki, İ. Samahanın 4 uşağı var. Dəqiqləşdirilməmiş məlumatlara görə, onlar İ. Samahanın keçmiş həyat yoldaşı Marina Parasxu ilə Kiprdə yaşayırlar.
 
Hadisə ilə bağlı bəyanat verən Kipr prezidenti Nikos Anastasiadis bütün bunların qadına görə baş verdiyini bildirib. O qeyd edib ki, təyyarənin qaçırılması terror aktı deyil.
 
Misir Xarici İşlər Nazirliyinin bəyanatında isə bunlar deyilir: “O (İbrahim Samaha-red.) terrorçu deyil, axmaqdır. Bu adamdan fərqli olaraq terrorçular dəli olsalar da, kütbeyin deyillər”.  
 
*** 12.26
 
 Qaçırılan Misir təyyarəsinin bütün sərnişinləri azad olunub.
 
APA-nın xəbərinə görə, təyyarənin ekipaj üzvlərinin taleyi ilə bağlı hələlik məlumat yoxdur.
 
“Al-Arabiya” telekanalı öz mənbələrinə istinadən bildirir ki, təyyarədə partlayıcı qurğu olmayıb. Hazırda təyyarəni qaçıran şəxslə danışıqlar aparılır. Avialaynerin olduğu əraziyə hərbçilər gətirilib.
 
Yunanıstanın “Proto tema” qəzeti isə İ. Samahanın keçmiş həyat yoldaşının hazırda aeroporta aparıldığı haqqında məlumat yayıb. Təyyarəni qaçıran İ. Samaha Larnaka aeroportunun rəhbərliyinə həmin qadınla görüşmək istədiyini bildirib. Qadının hazırda Kiprdə yaşadığı bildirilir.
 
"Burc-əl-Ərəb" aeroportunun rəhbəri təyyarəni qaçıran şəxsin Atlanta universitetində müəllim işlədiyini istisna etmir.
 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar