Milli-mənəvi dəyərlərin təbliği işi gücləndirilib
18.08.2015 892 0.0 0
Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir.
Qazeta.info Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən bildirir ki,  belə tədbirlərdən biri avqustun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin dəstəyi ilə Astara rayonu Şahağac kənd məscidi dini icmasının "Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə" adlı layihəsi çərçivəsində keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə baş məsləhətçisi Hatəm Gülməmmədov, Astara rayonu Şahağac kənd məscidi dini icmasının sədri Hacı Nazim Əsədov, müstəqil ekspert qismində ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı İlqar Həsənov, Astara rayon İcra Hakimiyyətinin Şahağac ərazisi üzrə nümayəndəsi Seyran Novruzov, Şahağac bələdiyyəsinin sədri Elçin Əsədullayev, Astara rayon İcra Hakimiyyətinin məsul işçisi Xəlil Lətifov, dini icmanın üzvləri Nəcəf Quliyev, Famil Abdullayev, İltifat Həsənov və dindarlar, kənd sakinləri, xüsusilə də gənclər iştirak ediblər.
Tədbirdə Hacı Nazim Əsədov "Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizədə dini icmaların rolu", İltifat Həsənov "Narkomaniya və zərərli vərdişlərə aludə olmuş gənclərin bu kimi hallardan uzaqlaşdırılması yolları", Famil Abdullayev "Gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsi", Aslan Həbibov "İslam dini insan sağlamlığına zərər vuran vasitələrin əleyhinədir" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar.
                                                                                                          
Bundan başqa, Avqustun 12-də Lerik rayonu Monidigah kənd məscidi dini icması "Gənclər və milli-mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov, Bakı İslam Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə, Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri Əlipənah Bayramov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Azər Həsənov, Monidigah kənd məscidi dini icmasının sədri Hacı Mədət Abdullayev və dindarlar, kənd sakinləri, xüsusilə də gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması məqsədilə maliyyə yardımının ayırması barədə sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı rəy və təkliflərini bildiriblər.
 
 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar