Milli Məclisdə Rəsulzadənin təhqir olunması ilə bağlı məsələ qaldırılıb
04.12.2015 519 0.0 0

Milli Məclisin iclasında millət vəkili Fazil Mustafa digər millət vəkili Naqif Həmzəyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barədə təhqiramiz fikir söyləməsinin yolverilməz olduğunu bildirib.
 
Məlumata görə, F. Mustafa deyib ki, tənqidi fikirlər ola bilər, ancaq təhqirə yol vermək olmaz. O qeyd edib ki, Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstündən çuvalın götürülməsi yaxşı haldır, ən azı tənqidlərdən yəqin müəyyən nəticələr çıxarılıb: “Bir məqamı deyim. Biz Heydər Əliyevə qarşı kəskin mübarizə aparmışıq, ancaq Heydər Əliyev Əbülfəz Elçibəy vəfat edəndə gəlib onun başı üzərində dayandı. Heydər Əliyevə cəbhəçilərin münasibəti tam dəyişdi. Milli Məclisdə Məhəmməd Əmin Rəsulzadənin təhqir olunması ilə bağlı məsələyə münasibət bildirilməlidir”. 
 
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə qeyd edib ki, Naqif Həmzəyev müsahibəsində belə fikir söyləmədiyini deyir: “Naqif Həmzəyev deyib ki, belə fikir söyləməyib, fikirləri kontekstdən çıxarılıb. Dəqiqləşməmiş məsələyə biz nə münasibət bildirək? Qəzet redaksiyası ilə deputat oturar, məsələni aydınlaşdırar, sonra münasibət bildirilər”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar