Millət vəkili Bankların bağlanması haqda verilən qərarlara münasibət bildirib
02.02.2016 567 0.0 0

"Bankların bağlanmasının deyil, birləşməsinin tərəfdarıyıq".Məlumata görə, bu barədə millət vəkili Vahid Əhmədov deyib.
 
Millət vəkilinin sözlərinə görə, iri bankların yaradılması daha məqsədə uyğundur: "Bu halda həmin bankların kredit portfeli, likvidliyi və nizamnamə kapitalı böyük olacaq, əhaliyə verilən kreditlərin faizləri isə aşağı düşəcək. Hazırda bu proses gedir. Prezidentin göstərişi ilə bankların sağlamlaşdırılması üçün işlər davam etdirilir".
 
V. Əhmədov hazırda problemli bankların çox olduğunu, əsas məqsədin həmin bankların problemi olmayan banklarla birləşməsinin olduğunu  deyib./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar