Messi son 15 ildə ilk dəfə pley-off mərhələsində qol vura bilməyib
10.03.2022 368 0.0 0

Fransanın PSJ klububunun futbolçusu Lionel Messi son 15 ildə ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qol vurmayıb.

Məlumata görə, 35 yaşlı hücumçu son olaraq İspaniya "Real Madrid"inə qarşı 1/8 final mərhələsinin oyunlarında fərqlənə bilməyib.

Parisdə rəqibini 1:0 hesabı ilə məğlub edən komanda Madriddə 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Messi daha əvvəl 2007-ci ilin fevralında pley-off görüşlərində eyni uğursuzluğu yaşayıb. İngiltərə "Liverpul"u həmin vaxt İspaniya "Barselona"sını evdə 1:0, səfərdə 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, Lionel Messi PSJ-yə ötən ilin avqustunda "Barselona"dan keçib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar