Merkel klubların transferlərə böyük pullar xərcləməsindən narazıdır
09.09.2017 715 0.0 0

Almaniyanın kansleri Angela Merkel futbol üzrə transfer bazarında baş verənlərlə bağlı fikirlərini bölüşüb.

RT-ə istinadən xəbər verilir ki, kansler transferlərə xərclənən pullardan narazılığını ifadə edib.

"Mən futbolda maliyyə inkişafını tənqidi nöqteyi nəzərindən izləyirəm. Klubların trasferlərə sərf etdiyi məbləğlər adi insanlar üçün əlçatmazdır. FİFA və UEFA trasfer məbləğlərinin günü-gündən necə artdığına seyrci qalmamalı, klublar arasında balansı saxlamaq üçün qaydalara yenidən baxmalıdır", — deyə "Mittelbayerische Zeitung" nəşri Merkelin sözlərini sitat gətirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar