QƏZZADA VƏZİYYƏT YENİDƏN GƏRGİNLƏŞİR
20.12.2014 890 0.0 0

 

Ötən gün gecə saatlarında Qəzzanın cənubunda olan Xan Yunus şəhərinin boş ərazilərinə  İsrail döyüş təyyarələri tərəfindən 2 hücum təşkil olunmasından sonra,Həmas liderlərindən əl-Berdevil, İsrailin Han Yunus şəhərini bombalayaraq və tez-tez balıqçıları hədəf alaraq atəşkəsi pozduğunu bildirib.
 

Qazeta.info AA-ya istinadən bildirir ki, Həmas Hərəkatı, Qəzzaya istiqamətli pozuntuları səbəbiylə İsraili "atəşkəsi pozmaqda " günahlandırıb.

Həmas liderindən Salah əl-Berdevil, verdiyi yazılı açıqlamada , İsrailin Han Yunus şəhərini bombalayaraq və tez-tez balıqçılar ilə kəndliləri hədəf alaraq atəşkəsi pozduğunu bildirib.

"Hər gün həddindən artıq olunan pozuntular və Qəzzanın imarının gecikməsi, İsrailin atəşkəs razılaşmasını pozmasının açıq göstəricisidir" ifadəsini istifadə edib.

Berdevil, bütün bunların İsrail Baş naziri Binyamin Netanyahunun seçki kampaniyasının parçası olduğunu bildirərək, "Netanyahu,əvvəlki Qəzza hücumları əsnasında uğradığı məğlubiyyəti kompensasiya etməyə çalışır" deyə iddia edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar