Medvedev Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə yol verməməyə çağırıb
07.04.2016 601 0.0 0

Rusiyanın baş naziri Dmitriy Medvedev Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə yol verməməyə çağırıb.
 
“Ən əsası münaqişənin qaynar mərhələyə keçməsinə yol verməməkdir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İrəvanda rəsmi səfərdə olan Rusiyanın baş naziri Dmitriy Medvedev deyib.
 
O, əlavə edib ki, əks halda bu bölgədə faciəvi nəticələrə gətirib çıxaracaq.  
 
“Bu məsələnin müzakirəsi, şübhəsiz ki, davam etdiriləcək”, - deyə baş nazir qeyd edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar