Masallı rayonunda kəndlərin birinə ilk dəfə təbii qaz verilib
28.09.2015 557 0.0 0

                              
Qazeta.info SOCAR-ın məlumatına əsasən bildirir ki,  “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika əhalisinin təbii qaza olan təlabatının ödənilməsi məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər uğurla davam etdirilir.
Görülmüş işlərin nəticəsidir ki, uzun müddət təbii qaz almayan yaşayış massivləri “mavi yanacaq”la təmin olunur, qaz infrastrukturundakı mövcud problemlər intensiv şəkildə aradan qaldırılır. Sentyabrın 28-də Masallı rayonunun Kalinovka kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 524 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21201 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 524 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
                               


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar