Mahmud Haşimi-Şahrudi İran Məsləhət Şurasının sədri təyin edilib
14.08.2017 596 0.0 0

 İranın ali rəhbəri Seyid Əli Xamenei Məsləhət Şurasının sədri vəzifəsinə Mahmud Haşimi-Şahrudini təyin edib.

İran KİV-inə istinadən xəbər verilir ki, bu vəzifəni 1989-cu ildən vəfat edənədək, yəni 2017-ci ilədək Ələkbər Haşimi-Rəfsəncani tutub. 

 

 

Xameneinin fərmanına əsasən, Möhsün Rzai isə şuranın katibi vəzifəsində qalıb.

Qeyd edək ki, İran Məsləhət Şurası 1988-ci il fevralın 6-da təsis edilib. Mahmud Haşimi-Şahrudi 1999-2009-cu illərdə İranın baş prokuroru vəzifəsində işləyib. O, 1948-ci ildə İraqın Nəcəf şəhərində doğulub, hazırda İraq və İran vətəndaşıdır. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar