Mahaçqalada tankerdə PARTLAYIŞ - 2 olü
11.06.2019 482 0.0 0

Mahaçqalada dəniz ticarəti limanında tankerlərdən birində güclü partlayış baş verib.

Məlumata görə, səhər saat 4 radələrində baş vermiş insident nəticəsində 2 nəfərin xəsarət aldığı, daha 3 nəfərin itkin düşdüyü bildirilir. Son məlumata görə, itkin düşənlərdən 2-nin meyiti tapılıb.

Partlayışdan sonra tankerdə yanğın başlayıb.

Partlayışın hansı səbəbdən baş verməsi hələ dəqiq məlum deyil.

Hazırda tankerdə qəzadan sonra neft məhsullarının axması halının olmadığı qeyd edilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar