AYINI ZƏNCİRLƏMƏK İSTƏYİRLƏR (VİDEO)
18.12.2014 799 0.0 0

 

Rusiya prezidenti Vladimir Putinin ənənəvi mətbuat konfransı başlayıb.Xatırladaq ki, bu sayca 10-cu böyük konfransdır. 

Mətbuatla böyük görüş Beynəlxalq Ticarət Mərkəzində keçirilir. Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun sözlərinə görə, görüşdə əsasən Rusiya iqtisadiyyatı, rublun vəziyyəti, beynəlxalq vəziyyət barədə suallar yer alır. 

Bu ilki mətbuat konfransına ümumilikdə 1259 jurnalist akreditasiyadan keçib. Putin əcnəbi və yerli jurnalistlərin verə biləcəkləri ən çətin sualları belə cavablandırmağa çalışacaq. Zalda 8 ukraynalı jurnalistin olduğu bildirilir. 
 

Xatırladaq ki, açıqlamalarında Rusiya prezidenti qərbin Rusiyaya tutduğu mövqeyə öz münasibətini bildirib.O, qeyd edib ki, "Bizim tərəfdaşlarımız belə düşünüblər ki, onlar imperiyadırlar, geridə qalanlar isə onların əzməli olduğu vassallar". 

O, Rusiyanın Qərb ölkələri ilə münasibətlərinə toxunub və ayını hər zaman zəncirləmək istədiklərini deyib. 

Putin Rusiyada bürokratiya problemləri olduğunu etiraf edib. "Amma Avropada bu daha güclüdür. Əgər siz Brüsseldə bürokratiya haqqında soruşsanız onlar sizə bunun necə edilməli oduğunu deyəcəklər. Bizim bürokratiya Brüsselllə müqayisədə hələ istirahətdədir. Amma bu problem mövcudur". 

O, Ukrayna ərazisində döyüşənlər barədə suala da cavab verib. Putin Dombasdakı hərbi əməliyyatlarda iştirak edənlərin muzdlu deyil, könüllülər olduğunu qeyd edib. Onlara pul ödənilmir. 
//ANSPRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar