BAŞ KƏSƏN İŞİD CƏLLADININ BAŞI KƏSİLMİŞ MEYİTİ TAPILDI
07.01.2015 996 0.0 0
Suriyanın şərqində İŞİD terror qruplaşmasının liderlərindən birinin başı kəsilmiş meyiti tapılıb.

 

“Röyters”ə istinadən  verdiyi xəbərə görə, qətlə yetirilən şəxs Suriyada     İŞİD-in dini polis qurumunun rəis müavini səlahiyyətlərini icra edib. Edamların məhz bu qurum tərəfindən həyata keçirildiyi qeyd olunur.

 

Başı bədənindən ayrılmış şəxsin ağzında siqaret (İŞİD-in dini polisi nəzarət etdiyi ərazilərdə siqaret çəkməyə qadağa qoyub), üzərində isə “Bu pislikdir” sözləri yazılmış kağız parçası tapılıb.      

 

Qətlə yetirilənin nüfuzlu şəxs olduğu bildirilir. Onun kim tərəfindən edam edildiyi məlum deyil.  //APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar