Magistral su kəmərində qəza: Bakının bəzi yerləri susuz qalacaq
11.07.2015 776 0.0 0

Kür sutəmizləyici qurğularından Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr yaranıb.

Qazeta.info-nun məlumatına görə, “Azərsu” ASC-dən Trend-ə bildiriblər ki, qəzanın qısa müddətdə aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar