Maduro rəsmi Oslonun vasitəçiliyi ilə müxalifətlə dialoqa hazır olduğunu bildirib
27.09.2019 464 0.0 0

Venesuela lideri Nikolas Maduro Oslonun vasitəçiliyi ilə müxalifətlə dialoqa hazır olduğunu bildirib.

Bildirək ki, bu barədə RİA "Novosti" məlumat yayıb. 

"Venesuela qapılarını bağlamır. Əgər Oslonun dialoq təşəbbüsü yenilənsə, biz dərhal ona qoşulmağa hazırıq. Çünki qapılar siyasi dialoqa açıqdır", - deyə Maduro bildirib.

Bununla yanaşı, dövlət başçısı qeyd edib ki, söhbət Venesula müxalifətinin lideri Xuan Quaydonun nümayəndələri ilə danışıqlardan gedir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar