Məşhur futbolçu avtomobil qəzasında ölüb
 
 01.06.2019 627 0
 
 
İspaniya milli komandasının sabiq futbolçusu Xose Antonio Reyes avtomobil qəzasında ölüb.
Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bu barədə onun sabiq klubu "Sevilya"nın rəsmi "Twitter" hesabında məlumat yayılıb.
35 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında dünyasını dəyişib.
Qeyd edək ki, Xose Antonio Reyes İngiltərənin "Arsenal", İspaniyanın "Real Madrid" və "Atletiko Madrid" kimi komandalarında da çıxış edib. O, 3 dəfə "Sevilya", iki dəfə isə "Atletiko Madrid"lə Avropa Liqasını qazanıb. Xose Antonio Reyes "Real Madrid" və "Arsenal"la ölkə çempionu olub.
Digər xəbərlər:
Şərhlər




