Yenilənib-Mərkəzi Bankın valyuta ehtiyatlarının azalma həddi 4 milyard dollardan çoxdur
13.04.2015 650 0.0 0

2015-ci ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları 4,29 milyard dollar (31,2 faiz) azalaraq 13,76 milyard dollardan 9,47 milyard dollara enib.

Qazeta.info bildirir ki bu barədə məlumatı Trend  AMB-nin statistik məlumatlarında əsasən yayıb.

 

Mart ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1,5 milyard dollar (1,39 faiz), 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 5,24 milyard dollar (35,6 faiz) azalmışdı.

AMB-nin valyuta ehtiyatlarının azalması ötən ilin iyulundan müşahidə olunur. Bu, əvvəllər yavaş templə (təqribən 20-50 milyon dollar) gedirdisə, dekabrdan etibarən kəskin azalma (ayda 1 milyard dollardan çox) baş verdi ki, bu da ölkədə dollar kütləsinə tələbatın artması ilə əlaqədardır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar