Məleykə Abbaszadə bu gün abituriyentlər üçün qəbul kampaniyası ilə əlaqədar videokonfrans keçirəcək
31.07.2015 535 0.0 0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə iyulun 31-də abituriyentlər üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar videokonfrans keçirəcək. 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində təşkil olunacaq konfrans saat 15:00-da başlayacaq. 

Qazeta.info TQDK-ya istinadla bildirir ki, videokonfransda Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan,  Şəki və Şərur şəhərlərində yaşayan abituriyentlər onlayn formada iştirak edə bilərlər. 

Bunun üçün konfrans keçirilən mərkəzlərə saat 14:00-da gələrək qeydiyyatdan keçmək tələb olunur. Konfransa qoşulmaq istəyən abituriyentlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin qeyd olunan şəhərlərdə yerləşən ünvanlarına müraciət edə bilərlər. 

Gəncə şəhəri: Əhməd Cəmil küçəsi ev 1.
Mingəçevir şəhəri: Vəli Hüseynov küç. 4 
Lənkəran şəhəri: Heydər Əliyev 1 
Sumqayıt şəhəri: Heydər Əliyev prospekti, 4 mkr 
Şəki şəhəri : M.Ə.Rəsulzadə 156 A
Şirvan şəhəri : M.Ə.Rəsulzadə küçəsi 1
Şərur şəhəri: Heydər Əliyev prospekti 37A

Qeyd edək ki, konfransda abituriyentlərə qəbul prosesi ilə bağlı bir çox vacib məlumat və tövsiyələr verilməklə yanaşı onları maraqlandıran suallar da cavablandırılacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar