Məktəblilərin payız tətili başlayır
15.11.2019 463 0.0 0

Sabahdan Azərbaycanın orta məktəblərində payız tətili başlayır.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətili 16-20 noyabr tarixlərini əhatə edəcək.  

Noyabrın 21-də dərs olacaq. 

Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək. 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar