İŞİD BU DƏFƏ İŞİD-çilərin BAŞINI KƏSDİ
20.12.2014 762 0.0 0

Ardıcıl və qəddar edam  fərmanları verən İŞİD bu dəfə öz üzvlərinin başını kəsib.

 

“RİA Novosti”-nin verdiyi xəbərə görə, əcnəbilər qruplaşmanı tərk etmək niyyətində olduqlarına görə qətlə yetiriliblər.  Məlumata görə, əcnəbi silahlıların “hərbi xidmətinə” nəzarəti qruplaşmanın mənzil-qərargahı yerləşdiyi Rakka şəhərində  (Suriya) yaradılan hərbi polis həyata keçirirmiş.

 

Financial Times nəşrinin görə, İŞİD hərbi polis əməkdaşlarının “hərbi xidmətdən” yayınan onlarla əcnəbi silahlılara qarşı keçirdiyi reydlər zamanı qruplaşmanın tərkibində vuruşan bir çox xarici vətəndaş saxlanılıb. Edam olunan şəxslərin milliyyəti barədə məlumat verilmir. //APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar