TURÇİNOV İRİ SAVAŞ ANONSU VERDİ
17.12.2014 893 0.0 0

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Turçinov, Rusiyanın hər an geniş əhatəli döyüşlərə başlaya biləcəyini  iddia edib.
 


Qazeta.info AA-ya istinadən bildirir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov, keçirdiyi mətbuat konfransında, Rusiyanın hər an geniş əhatəli döyüşə  başlaya biləcəyini  önə sürərək, "işğal edilən torpaqların qurtarılması və hücumlara hazırlıqlı olunması baxımından bütün gücləri səfərbər etməkdən başqa variantlarının olmadığını" bəyan edib.

Ukraynada döyüşün davam etdiyini və bu döyüşü nüvə silahı olan təcavüzkarın başlatdığını ifadə edən Turçinov, ordusu və iqtisadiyyatı xarab olan Ukraynanın bu döyüşə tamamilə hazırlıqsız olduğunu, buna baxmayaraq ordunu yenidən qurduqlarını bildirib.

Ölkəsinin, torpaqlarının bir hissəsini itirdiyini, Rusiyanın pozduğu atəşkəs prosesinin hər an döyüşə çevrilə  biləcəyini söyləyən Turçinov, "Rusiya hər an geniş əhatəli döyüş başlada bilər. Buna hazır olmalıyıq" deyə bildirib.

Turçinov, Ukraynanın ən qısa zamanda 100 min ehtiyat əsgərə sahib silahlı qüvvələrini meydana gətirəcəyinə işarə edərək yeni səfərbərliyi elan edilməsi və ehtiyat əsgər sayı mövzusunda Milli Təhlükəsizlik və Müdafiə Məclisinin qərar verəcəyini qeyd etdi.

Ölkə iqtisadiyyatının çətin vəziyyətdə olduğunu, Nazirlər Kabinetinin   çətinlikdən dolayı tədbirlər aldığını xatırladan Turçinov, buna baxmayaraq silahlı qüvvələr üçün maliyyə vəsaiti ayrılması lazım olduğunu vurğulayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar