MƏKTƏBLİLƏRİN DİQQƏTİNƏ-TƏLƏBƏ QƏBUL KOMİSSİYASINDA YENİLİK
22.01.2015 858 0.0 0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 24-də ilk dəfə olaraq SAT (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) imtahanı keçirəcəkdir. 

Bu imtahan şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanıdır. İmtahanın müddəti 3 saat 45 dəqiqədir. SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olmağa imkan verir. 

Məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirmək baxımından obyektiv imtahan sayılan SAT ilk dəfə 1901-ci ildə keçirilib. İmtahanın keçirilməsi və məzmunun müəyyənləşdirilməsi səlahiyyətləri College Board təşkilatına məxsusdur. 

TQDK 2014-cü ildə SAT imtahanı keçirmək səlahiyyəti əldə edib. 


İmtahanda iştirak etmək üçün namizədlərin qeydiyyatı dekabrın 11-dən 29-dək aparılıb və 10 namizəd qeydiyyatdan keçib.
 
İmtahan saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. Qeyd edək ki, imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar. 

TQDK tərəfindən növbəti SAT imtahanının 2015-ci il mayın 2-də keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və aprel ayının 7-si saat 09:00-dək davam edəcək. Qeydiyyatdan keçmək üçün link: http://sat.collegeboard.org/register/sat-international-dates 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar