Məktəb direktorlarının otağından oğurluq edən şəxslər saxlanılıb
04.03.2016 523 0.0 0

Abşeronda məktəblərdən oğurluq edən şəxslər saxlanılıb.
 
DİN-in saytına istinadən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də və 2-də Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdən 2500 manat və mobil telefon, 1 saylı orta məktəbdən 580 manat, Masazır qəsəbəsində yerləşən 1 saylı orta məktəbdən kompüter, qəsəbədə yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbdəki seyfdən 700  manat və 2 saylı orta məktəbin inzibati binasından 2 ədəd kompüter oğurlamış Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov, Əkbər Kərimov və Namiq Həsənli tutulublar.
 
Faktla bağlı araşdırma aparılır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar