Məkkədə azərbaycanlı zəvvar həlak oldu (VİDEO, FOTO)
24.09.2015 995 0.0 0

Qurban bayramı günü Məkkədən azərbaycanlılar üçün arzuolunmaz xəbər gəldi. 

Məlumata görə, Həcc ziyarətində həlak olan 700-dən artıq müsəlmanın sırasına azərbaycanlı zəvvar da daxil oldu - Mina dağından geri qayıdarkən 60 yaşlı Fəxrəddin Zeynalov dünyasını dəyişdi. 

Yaralıların tibbi yardımın göstərilməsi

 

Mina dağında yaranan basabas nəticəsində 718 nəfər ölüb, 805 nəfər isə yaralanıb. Hadisə Səudiyyə Ərəbistanında Məkkənin yaxınlığında Mina vadisində minlərlə zəvvarların Şeytana daş atdığı vaxtda baş verib. Sonuncu dəfə bu cür hadisə 2006-cı ildə baş verib. Həmin faciədə 360-dan çox zəvvar dünyasını dəyişib. 

 


Məkkədə Şeytana daş atma mərasimi

 

Bu il ərzində Məkkədə baş verən dördüncü hadisədir. Belə ki, Səudiyyə Ərəbistanın Məkkə şəhərində əvvəlcə daşqın oldu. Daha sonra isə Məscidi Həramda kranın aşması nəticəsində 107 nəfər öldü, 238 nəfər isə xəsarət aldı. Ardınca Məkkədə dağ uçqunu nəticəsində azı 2 nəfərin öldüyü deyilir.

Həcc dövründə baş vermiş ən böyük insidentlər:

1990-cı il – Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.

1994-cü il – qarışıqlıqda 270 zəvvar ölüb.

1997-cı il - yanğın nəticəsində 343 zəvvar ölüb və təqribən 1500-ü yaralanıb.

1998-ci il – izdihamda 118 zəvvar ölüb.

2001-ci il izdihamda 35 zəvvar ölüb.

2004-cü il ayin zamanı izdihamda 251 zəvvar ölüb.

2006-cı il – ayin zamanı izdihamda 345 zəvvar ölüb.

 

Dağ uçqunu haqqında məlumat/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar