Məhəmməd Peyğəmbəri təhqir edənlərdən yeni qalmaqal
16.09.2015 644 0.0 0

Fransanın satirik “Charlie Hebdo” jurnalı Avropaya miqrant axını ilə bağlı növbəti prokativ karikatura dərc edib.

Məlumata görə jurnalın bu dəfə ki nəşrinin “qəhramanına” Egey dənizində batan suriyalı 3 yaşlı körpə Aylan Kurdi olub. Rəsmlərin birində sahildə körpə cəsədi, onun yanında isə məşhur restoranlar şəbəkəsinin “İki uşaq menyusu bir qiymətə” adı altında reklamı təsvir olunub. Bu mənzərəni “Məqsədə belə yaxın” cümləsi müşahidə edir.

Digər şəkildə isə jurnal karikaturçuları İsa Peyğəmbər şəklini çəkiblər. Su üzərində gəzən Peyğəmbərin yanında batan uşaq təsvir olunub. “Xristianlar su üzərində gəzir, müsəlman uşaqları isə batırlar” - məhz bu cümlə isə ikinci karikaturanı bəzəyir
Bütün dünyanın qınaq obyektinə çevrilən bu karikaturalar Avropada bir mənalı qarşılanmır. 

 

"Charlie Hebdo" jurnalındakı karikaturalılar

 

Hal – hazırda miqrant axınından ən az zərər çəkən Fransada əhalinin bir hissəsi “Charlie Hebdo” və ya kimsə daha...heç kəs bununla zarafat etməməlidir. Bu gülüş obyekti deyil. Karikaturaçılar “ağını çıxardırlar”” deyə hiddətlərini bildirirlər. Lakin “Charlie Hebdo”nun yumorunu başa düşənlər də az deyil. 

“Bir çox insanlara bu yumor çatmır. Amma sətir arası oxusaq, görərik ki bu Avropa hökümət strukturlarına bir çağırışdır. Bu rəsm gələcəkdə baş verə biləcək dəhşətli hadisələrin qarşısını ala bilər”,- karikaturaçıları dəstəkləyən bu mövqeyi tutur.

Aylanın qalmaqallı karikaturasının müəllifi Emanuel Şonyu isə öz işini belə izah edir: " Mən uşağın ölümünə gülmürəm, sadəcə onun ruhunu anıram". Onun sözlərinə görə bu rəsm Avropada və Suriyada yaşayan uşaqlar arasındakı fərqi göstərmək üçün çəkilib. "Bizim uşaqlar məktəbə gedirlər, onlar isə orda həlak olurlar.."

Şonyu neqativ şərhlərin onu üzdüyünü etiraf edərək, insanların acı satiranı heç də hər zaman başa düşmədiyini anladığını bildirir.

“Charlie Hebdo” jurnalı ilk dəfə deyil ki dünya içtimaiyyətini qıcıqlandıran karikaturalar dərc edir. Redaksiyanın Məhəmməd Peyğəmbər ilə zarafatı bu ilin əvvəlində onlara baha başa gəlib. 

7 yanvar 2015-ci il tarixində Parisdə “Charli Hebdo” jurnalının ofisinə 3 silahlı şəxsin hücum etməsi nəticəsində 12 nəfər həlak olmuşdur ki, onlardan 10-u jurnalın əməkdaşları idi. Terror aktından bir az sonra silahlılar zərərsizləşdirilmişdi. 

 

"Charlie Hebdo"nun ofisi

 


Jurnalın ofisinə hücum edənlər 
Foto: CBS 

 

Terror aktının təşkili və jurnal əməkdaşlarının öldürülməsinə görə məsuliyyəti "Əl-Qaidə" terror təşkilatının Yəmən qolu öz üzərinə götürmüşdü.

Sentyabrın ilk günlərində dünya mediasında dəniz sahilində körpənin meyiti təsvir edilən şəkilin yayılması beynəlxalq ictimaiyyətində bomba effekti yaradıb.

Şəkildəki 3 yaşlı Aylan Kurdi onun 5 yaşlı qardaşı Qalib və anası Reyhanla türkiyənin Bodrum sahillərindən Yunanıstanın Kos adasına yollanmağa cəhd ediblər. Onlar İŞİD silahlılarının nəzarətində olan Suriyanın Kobani şəhərindəki müharibədən canlarını qurtamağa çalışırdılar, lakin onları Yunanıstana aparacaq qayığ yol əvvəlində aşıb. Baş vermiş hadisədə yalnız ailə başçısı Abdulla sağ qala bilib. Eqey dənizi sularında batanların cəsədləri isə sopnradan Bodrum sahillərində tapılıb.

 

3 yaşlı Suriya qaçqının sahilə çıxarılan cəsədi

 

Aylanın ildırım sürəti ilə internetdə yayılan fotosu, daha sonra bu fotoya edilən karikaturaların arxasında əslində daha böyük faciə var. Əfsuslar olsun ki 21- ci əsrdə, 
BMT , UNİCEF və digər uşaq hüquqlarını qorumağa istiqamətlənmiş nüfuzlu təşkilatların fəaliyyət göstərdiyi bir vaxtda lokal müharibələrdə minlərlə uşaq həlak olur. 

UNİCEF-in təqdim etdiyi statistikaya görə son 4 ildə Suriyada gedən hərbi münaqişədə 11 min uşaq həlak olub. Bundan əlavə 5,6 milyon uşaq müharibədən zərər çəkib, 2 milyon azyaşlı isə qaçqın düşüb.

 


Suriyadan qaçqın düşən 4 yaşlı qızcığaz

 

Son günlər Avropada miqrant problemi kəskin şəkil alıb. Macarıstan hökuməti miqrant axınının qarşısını almaq üçün iki sərhədyanı rayonunda fövqəladə vəziyyət elan edib. 

Almaniya və Avstriya rəhbərliyi də eynilə qaçqın kütləsinin məskunlaşma problemini həll etmək məqsədilə Avropa Birliyi liderlərini gələn həftə fövqəladə sammit keçirməyə çağırıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar