Məhəmməd peyğəmbəri belə həbs edəcəyini deyən nazir işsiz qaldı
14.03.2016 1293 0.0 0

Məhəmməd peyğəmbəri belə həbs edəcəyini deyən nazir işsiz qaldı
“Allah keç günahımdan”.

Telekanalların birinin efirində qanunu pozanın Məhəmməd peyğəmbər olsa belə, onu həbs edərəm.

BBC-yə istinadən verilən xəbərə görə, bunu bəyan edən Misirin ədliyyə naziri Əhmənd Zind işdən azad edilib.

Dərhal “Allah keç günahımdan”, deyən məmur, səhərisi gün isə rəsmi şəkildə üzr istəyib.

Lakin buna baxmayaraq, Misirin baş naziri onu işdən çıxarıb.

Misirin hakimlər cəmiyyəti isə bu qərarı tənqid edib. Onlardan biri bəyan edib ki, bu sadəcə söz idi və buna görə məmuru işdən çıxarmaq lazım deyildi.

Misirin əvvəlki ədliyyə naziri, yalnız cəmiyyətin yüksək təbəqələrindən olan adamların hakim ola biləcəyi, zibildaşıyanların uşaqlarını isə bu işə uyğun gəlmədikləri barədə fikrinə görə keçən ilin may ayında vəzifəsini itirmişdi. /oxu.az /


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar