Mədət Quliyevin yerinə yeni rəis təyin olunub
06.06.2016 1511 0.0 0

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yeni rəis təyin olunub. Qazeta.info bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, bu vəzifəyə polis general-mayoru Ceyhun Həsənov təyin edilib.


C.Həsənov bu təyinata qədər Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, Penitensiar Xidmətin bundan əvvəlki rəisi Mədət Quliyev olub.
M.Quliyev Azərbaycan Respublikası Prezidentinin 20.10.2015-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin birinci müavini, Prezidentin 14 dekabr 2015-ci il tarixli sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. 


Digər xəbərlər:
Şərhlər
avatar