Mədət Quliyev xüsusi xidmət orqanları rəhbərlərinin müşavirəsində
28.07.2016 1028 0.0 0

İyulun 27-28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Xüsusi xidmət, təhlükəsizlik və hüquq mühafizə orqanları rəhbərlərinin 15-ci müşavirəsi keçirilib. Müşavirənin işində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Bu barədə DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə keçirilən və 61 ölkədən 300-dən artıq nümayəndənin qatıldığı tədbirdə BMT-nin və Şanxay Əməkdaşlıq Təşkilatının aidiyyəti strukturlarının məsul vəzifəli şəxsləri də təmsil olunublar.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev Müşavirədə “Təhlükəsizlik orqanlarının terrorçuluğa və terrorçulara qarşı mübarizədə əməkdaşlıq məsələlərinə dair” mövzusunda çıxış edib.
General-leytenant Mədət Quliyev müşavirə çərçivəsində tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib./report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar