Məcburi köçkün ailələrinin Tərtərdəki yeni şəhərciyə köçürülməsinə başlanılıb
20.02.2018 814 0.0 0

Tərtərdə 1170 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa olunan yeni məcburi köçkün şəhərciyinə məcburi köçkün ailələrin köçürülməsinə start verilib.

 

Məlumata görə, yeni yaşayış massivinə təhsil müəssisələrində və yol kənarlarındakı tikililərdə yaşayan Kəlbəcər, Ağdam, Laçın, Ağdərə və digər rayonların sakinləri köçürülür.

 

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi köçürülmə prosesinə cəlb olunan yük maşınlarının xərcini bu dəfə də öz üzərinə götürüb. Məcburi köçkün ailələrinin yaşayacağı şəhərcikdə 34 ədəd 4 mərtəbə bina inşa olunub. Bunlardan 120 ədəd 1 otaqlı, 504 ədəd 2 otaqlı, 472 ədəd 3 otaqlı və 80 ədəd 4 otaqlı mənzildir. Şəhərcikdə 1200 yerlik məktəb binası, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, klub-icma mərkəzi, həkim məntəqəsi və inzibati bina inşa olunub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar