Əli Həsənov: `Türk xalqının dirənişi böyük güclərin planını boşa çıxardı`
09.11.2017 793 0.0 0

"Böyük güclər bir zaman Türkiyənin Ermənistanın sərhədinin açılmasına çalışdı. Dağlıq Qarabağın, Azərbaycan torpaqlarının  işğal altında olduğu bir dönəmdə bu, yolverilməz idi".  

Məlumata görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə Çukurova  Bələdiyyələr Birliyinin nümayəndə heyəti ilə görüşdə deyib. 
 
Ə. Həsənov bildirib ki, Azərbaycan o dövrdə bu böyük güclərin təzyiqinə yetərli reaksiya verməyən Türkiyənin bəzi dövlət xadimlərindən də inciyib: "Ancaq türk xalqı bu məsələdə dirənişini ortaya qoydu və böyük güclərin planı boşa çıxdı. Türk xalqının dirənişi xalqımızın qəlbində kök atıb. Bu sevgini Azərbaycan xalqı heç vaxt unutmayacaq. Türkiyədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, xalqın iraləsi Türkiyə-Azərbaycan münasibətlərini müəyyənləşdirir. Azərbaycan xalqının qəlbində Türkiyəyə böyük məhəbbət var". /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar