Lavrov: «Türkiyə İŞİD-in neft karvanı bombalandıqdan sonra bizə əsəbləşib»
27.11.2015 588 0.0 0

“Türkiyə Suriyada terrorçuların neft karvanı bombalandıqdan sonra bizə əsəbləşib”.
Məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Valid Muallimlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
 
"Rusiya Hərbi Kosmik Qüvvələri Suriyada oğurluq neftin daşındığı neft karvanını bombaladıqdan sonra türkiyəli qonşularımız özlərini olduqca əsəbi aparmağa başladılar. Onların gizli sövdələşmələri haqda məlumatları necə qoruduğunu Türkiyə ərazisindən İŞİD-ə silah-sursatın daşınması barədə reportajlar hazırlayan jurnalistlərin həbsləri göstərir", - deyə o qeyd edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar