Lavrov: ABŞ-ın müttəfiqləri açıq şəkildə seçki kampaniyasına müdaxilə ediblər
18.01.2017 955 0.0 0

“ABŞ-ın müttəfiqləri açıq şəkildə bu ölkədəki prezident seçkiləri kampaniyasına müdaxilə ediblər. İndi isə onlar Rusiyaya şər ataraq bizi belə fəaliyyətdə günahlandırırlar”.
 
Mməlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov avstriyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurtsla keçirdiyi mətbuat konfransında bildirib.

"Sübutsuz, deyərdim ki, böhtan xarakterli ittihamları irəli sürməyə davam edirlər. Bizi bunda günahlandıranlar ABŞ-da seçki kampaniyasına aktiv şəkildə müdaxilə edənlərdir. Bizdən fərqli olaraq, bir sıra ölkələrin liderləri, ABŞ-ın müttəfiqləri - Angela Merkel, Fransua Olland, Tereza Mey və digər Avropa ölkələrinin liderləri açıq şəkildə Hilları Klintonu təbliğ ediblər. Avropa ölkələrinin rəsmi nümayəndələri Donald Trampı pisləməkdən utanmayıblar. Rusiya isə hər zaman hər hansı ABŞ prezidenti ilə işləməyə hazır olduğunu bildirib”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar