Lənkəranda kütləvi zəhərlənmə- 56 nəfər xəstəxanalıq oldu
06.09.2016 476 0.0 0

Lənkəranda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

 

Məlumata görə, hadisə rayonun ucqar yaşayış məntəqələrindən olan Daştatük kəndində baş verib.

 

Sentyabrın 5-də sözü gedən kənddən Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) infeksiya şöbəsinə zəhərlənmə diaqnozu ilə 56 nəfər  müraciət edib. Onların  əksəriyyəti uşaqlardan ibarət olub. İlkin müayinələrdən sonra zəhərlənmə hadisəsinin kənddəki içməli su mənbəyinin digər bir mənbə ilə qarışması nəticəsində baş verdiyi ehtimal olunur. Bu  məqsədlə həmin su mənbəyindən nümunələr götürülərək Bakıya göndərilib. Qeydə alınmış zəhərlənmə faktı barədə yekun rəy laboratoriya müayinəsinin cavabından sonra məlum olacaq.

 

Lənkəran MRX-dan verilən məlumatda bütün xəstələrə zəruri tibbi yardımların göstərildiyi, onların əksər hissəsinin vəziyyətinin yaxşılaşdığı bildirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar