«Ələkrəm Hümmətov mənə Lənkəranın şeyxi olmağı təklif etmişdi»
30.03.2016 421 0.0 0

“Fəxrəddin Abbaszadənin ermənilərin tədbirində iştirakı məni hiddətləndirir. Təəssüf ki, içimizdən belələri də çıxır”.
 
Məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. 
 
QMİ sədri bildirib ki, Ələkrəm Hümmətov bir vaxt ona Lənkəranın şeyxi olmasını təklif edib: “Dedim, başın xarabdı, mən bütün Qafqazın şeyxiyəm. Fəxrəddin Abbaszadə, Ələkrəm Hümmətov kimi insanlar satqın, xaindirlər. Biz moizələrimizdə belə məsələləri də nəzərə çatdırmalı, bizə qarış təbliğat aparanlara sözümüzü deməliyik"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar