KXDR lideri Cənubi Koreyanın pezidentini Şimali Koreyaya dəvət edib
10.02.2018 697 0.0 0

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Cənubi Koreyanın Prezidenti Mun Çje İni Şimali Koreyaya dəvət edib.

 

Bildirək ki, bu məlumatı Cənubi Koreyanın “Renxap” agentliyi yayıb.

 

Cənubi Koreya prezidentinə “qısa zamanda” dəvətlə bağlı məktubu KXDR-in liderinin bacısı Kim Ye Çjon təqdim edib.

 

Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində Şimali Koreyanın da nümayəndə heyəti iştirak edir. Onların arasında Koreya Əmək Partiyası Siyasi Bürosunun üzvü, Kim Çen Inın 26 yaşlı bacısı da var. Fevralın 9-da Şimali Koreyadan olan nümayəndə Cənubi Koreyanın prezident sarayında olub, Mun Çje İn onların şərəfinə ziyafət verib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar