«Kurtlar Vadisi» ilə bağlı yeni qalmaqal- Prokurorluğa müraciət edildi-VİDEO
14.10.2016 1002 0.0 0

Məhşur "Kurtlar Vadisi" tele serialında məzar daşı mübahisəsindən sonra İskəndər Böyük obrazını canladıran aktiyoru gəzdiən avtomobil nömrəsi mübahisə mövzusu olub?
Qazeta.info bildirir ki, Türkiyə mediası son günlərdə "Ərdoğan" yazılmış məzar daşıyla gündəmə gələn "Kurtlar Vadisi" serialı indi də İskəndər Böyükün "RTE 321" nömrəli avtomobilini və Türkiyədə 15 iyul çevrilişindən öncə Pana Filmin "Kurtlar Vadisi Darbe" filminə marka almaq üçün aidiyyatı quruma müraciət etməsi müzkirəyə çıxarıb.

Əlavə olaraq bildirək ki, Türkiyə mediası RTE -ni Türkiynin hazırkı Prezidenti Receb Tayib Erdoğanın isminin baş hərifləri 321 rəqəmini isə 3-2-1 geriyə sayım kimi izah edirlər. 

Bildirək ki, filim yönətimi nömrə və məzar daşı məsələnin bir təsədüf olduğunu açıqlasa da, Türkiyə mediasında Pana Film haqqında prokurorluğa müraciət edildiyi və istintaq başladığı haqda məlumat yayılıb. Buna səbəb isə Pana Filmin "Kurtlar Vadisi Darbe" filminə marka almaq üçün çevrilişə cəhdən öncə müraciət etməsi qeyd edilir.


Xatırladaq ki, 15 Yanvar 2003-cü ildə Show TVdə "Bu bir mafiya serialıdır" şüarıyla başlayan Kurtlar Vadisi Pusu haqqındakı iddialar son günlər mediada tez tez mübahisəli müzakirələrə səbəb olub.

 

 

Qazeta.info  əlavə olaraq xəbər verir ki, “Pana film” rəsmi açıqlamasında bu tip açıqlamaları onlara qarşı atılan böhtan adlandırıb və açıqlama yayıb. 

Açıqlamada, “Təxminən 13 ildir yayımlanan və tamaşaçılarının qəlbində ayrı bir yeri olan "Kurtlar Vadisi" serialının hədəf alındığı proqramda 159-ci bölümdən bir hissə yayımlanıb. Serialda istifadə olunan görüntülər İstanbul Böyükşəhər Bələdiyyəsi Anadolu Yaxası 3-cü Çekmeköy qəbiristanlığının qarşısında çəkilib. Proqram əməkdaşlarının çəkdikləri görüntülər isə Ümraniye Kocatepe Qəbiristanlığına aiddir. Verilişin yaradıcı heyəti saxta dəlildən istifadə edərək ictimaiyyəti çaşdırmağa çalışıblar. Bizləri haqsız şəkildə hədəf göstərmək üçün mətbuatın vizual gücündən sui-istifadə ediblər. Biz faktlarla bağlı məhkəməyə müraciət etməyə hazırlaşırıq”,- deyə qeyd edilib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar