Küçədə qarşısına çıxan qızla öpüşən azərbaycanlı danışdı (VİDEO)
01.06.2015 905 0.0 0

ANS-in "Şəbəkə" verilişində yayımlandıqdan sonra məşhurlaşan, Rusiyada qızları küçədə öpən azərbaycanlı gənc Nizam Qəribov müzakirə olundu.

Xəbərsizlər üçün qısaca deyək ki, Nizam Moskva küçələrinə çıxaraq tanımadığı qızlara yaxınlaşıb. Onlara gözlərini yumdurduqdan sonra birbaşa dodaqlarından öpüb. 

Adını “sosial təcrübə” qoyub xeyli qızla öpüşən Nizamın bu nizamsız hərəkəti Azərbaycanda heç də yaxşı qarşılanmamışdı. Buna görə də biz onun özünü tapıb bu barədə fikirlərini aldıq. 

"Şəbəkə"yə açıqlama verən gənc bildirdi ki, bu videonu çəkməkdə niyyəti kimisə aşağılamaq olmayıb. "Bu videoya sadəcə təbəssümlə baxmaq lazımdır. Mən tənqidlərə cavab vermək istəmirəm. Hər kəsin öz fikri var. Mən bu tənqidlərə görə öz çəkilişlərimi dayandırmaq fikrində deyiləm. Harda tənqid varsa, orda tərif də var".

O, eyni videodan Bakıda da çəkmək istəyini də gizlətməyib. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar