ON YAŞL QIZI PARTLATDILAR
10.01.2015 830 0.0 0

Nigeriyanın şimal-şərqindəki Maiduguri şəhərində 10 yaşlarında bir qız uşağının üzərində bomba quraşdırılaraq  partlatdığı bildirilir.

AFP, Qırmızı Xaç səlahiyyətli nümayəndələrinə istinadən bildirir ki, hadisə insanların sıx olduğu  bazarda baş verib.Uşaqla birgə  partlayan bomba  ən az 19 adamın həyatına son qoyub, 18 nəfəri isə yaraladığı bildirilir.

Tgrtxəbər AFP agentliyinə istinadən bildirir ki,hadisə saatla 12.40-da bazarda insanların sıx olduğu vaxtda 10 yaşlarında bir qız uşağının özünü də parça-parça etdiyi və çox güclü bir partlayış səsi duyulduğunu bildirib.

Bildirək ki , hadisəni hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.Lakin bildirilir ki, radikal Boko Haram təşkilatı son illərdə ölkədəki hücumlarında tez-tez qadınları və uşaqları istifadə edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar