Kreml: Suriya səmasında uçuşların təhlükəsizliyinə dair Rusiya-ABŞ memorandumu mənasını itirib
07.04.2017 841 0.0 0

“Suriya səmasında uçuşların təhlükəsizliyinə dair Rusiya ilə ABŞ arasında imzalanmış memorandum ABŞ-ın Şayrat aerodromuna endirdiyi raket zərbələrindən sonra mənasını itirib”.
 
 “Lenta.ru” saytına istinadən verilən məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
 
Rəsmi Moskvanın bu addımının Suriyada Rusiya ilə ABŞ arasında toqquşma riskini artırıb-artırmayacağına gəldikdə isə Peskov bildirib ki, raket zərbələri fonunda bu ehtimal artıq nəzərə çarpacaq həddə artıb. Onun sözlərinə görə, Şayrat aviabazasına raket zərbələri barədə ABŞ Rusiyanı əvvəlcədən xəbərdar edib. O, tərəflər arasında mövcud məlumat mübadiləsi kanalları ilə xəbər aldıqlarını, lakin heç kimin prezident Vladimir Putinə zəng etmədiyini söyləyib.
 
Peskov məlum insidentdən sonra həmin kanallar vasitəsi ilə məlumat mübadiləsinin aparılmayacağını da deyib.
 
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın raket zərbəsini suveren ölkəyə qarşı təcavüz aktı və beynəlxalq hüququn pozulması adlandırıb. Rusiya XİN isə əməliyyatlar zamanı Suriya hava məkanında təhlükəsizliyi təmin etmək və insidentlərin qarşısını almaq üçün imzalanmış memorandumun qüvvəsini itirdiyini bəyan edib, habelə BMT Təhlükəsizlik Şurasını iclas keçirməyə çağırıb./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar