Kreml Putin-Tramp görüşünün baş tutmayacağı barədə Ağ Evin bəyanatını şərh edib
10.11.2017 367 0.0 0

"Protokol xidmətləri Vladimir Putin və Donald Trampın Asiya-Sakit Okean ölkələri Əməkdaşlıq Təşkilatının sammitində görüşünün mümkünlüyünü müzakirə etməyi davam etdirirlər".

 

Məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. "Amerikalı həmkarlarımızdan ziddiyyətli informasiyalar daxil olur", - deyə o, Ağ Evin Vyetnamda Putin-Tramp rəsmi görüşünün mümkün olmaması ilə bağlı bəyanatını şərh edərkən söyləyib.    
 
D. Peskov istənilən halda sammit kuluarlarında bu görüşün baş tutacağını vurğulayıb: "Liderlərin danışıqları vacibdir, lakin bu, əsas deyil".
 
Qeyd edək ki, bu gün Ağ Evin sözçüsü Sara Sanders Rusiya və ABŞ prezidentləri arasında görüşün Trampın iş qrafikinin gərgin olması səbəbindən mümkün olmayacağını bəyan edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar