Əkrəm Əylisli barəsində cinayət işi başqa maddəyə tövsif edilib
21.04.2016 547 0.0 0

Yazıçı Əkrəm Əylisli barəsində başlanan cinayət işi başqa maddəyə tövsif edilib.

 

Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, bu gün Əkrəm Əylisli ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olublar: “Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə qaldırılmış cinayət işi Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 315.1-ci maddə ilə istintaq prokurorluq orqanında aparılmalı olduğundan cinayət işinin istintaqı davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərildi”.

 

Qeyd edək ki, Ə. Əylisli martın 30-da Heydər Əliyev Hava limanında saxlanılıb. Daha sonra isə sərbəst buraxılıb. Onun barəsində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar